Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ötən ilin aylıq avtomobil idxalı rekordu yenilənib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ötən ilin aylıq avtomobil idxalı rekordu yenilənib

2019-cu ilin yanvar-dekabr ayları ərzində (12 ayda) Azərbaycana xaricdən 47 min 710 ədəd cəmi nəqliyyat vasitələri (avtomobillər) idxal olunub.

 

Reklam_3_11

“Marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilin yanvar-dekabr dövrü ilə müqayisədə 18 min 834 ədəd və ya 65,2% çoxdur. Belə ki, ötən ilin yanvar-dekabr dövründə ölkəmizə 28 min 876 ədəd ədəd nəqliyyat vasitələri idxal olunmuşdu.

 

2019-cu ilin Yanvarında 2 min 512 ədəd, Fevralında 2 min 657 ədəd, Martında 2 min 809 ədəd, Aprelində 3 min 717 ədəd, Mayında 3 min 890 ədəd, İyununda 3 min 155 ədəd, İyulunda 4 min 234 ədəd, Avqustunda 3 min 721 ədəd, Sentyabrında 4 min 213 ədəd, Oktyabrında 4 min 549 ədəd, Noyabrdında 4 min 531 ədəd, Dekabrında isə 7 min 722 nəqliyyat vasitəsi idxal edilib. Dekabr, 2019-cu ildə ən çox nəqliyyat vasitəsinin idxal edildiyi aydır.

 

O cümlədən, 2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycana 43 min 56 ədəd minik avtomobilləri, 547 ədəd avtobus, 3 min 780  ədəd yük avtomobili və 227 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

 

​Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-dekabr dövründə ölkəmizə 26 min 147 minik avtomobili,  197 ədəd avtobus, 2 min 300 ədəd yük avtomobili və 132 ədəd xüsusi təyinatlı vasitə idxal olunmuşdu.

14.01.2020 07:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ