Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda da ənənəvi bankçılıq sıradan çıxır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda da ənənəvi bankçılıq sıradan çıxır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gənc nəsilin seçimləri dünya miqyasında bütün sektorlara təsir edir və gələcəyi formalaşdırır. Bank sektoru da bunlardan birdir. Gənc nəsil ənənəvi bankçılıq yerinə rəqəmsal bankçılığa  üstünlük verir. Bu da ənənəvi bankçılıq üsullarının sonunu gətirə bilər.

 

BANKA GETMƏK VƏRDİŞİ YOX OLUR



“Marja” xəbər verir ki, müştərilərin pullarını idarə etmələri üçün ortaya çıxan  mobil tətbiqlər günbəgün inkişaf edir, müştərilərin  bank filialları ilə ünsiyyəti azalır. Yaxın gələcəkdə bank filialları və şöbələri keçmişdə qalacaqdır. Ola bilsin ki, filialların tamamilə ortadan qalxması üçün xeyli vaxt qala bilər, amma onlayn bankçılıq kanalları inkişaf etdikcə bankı ziyarət etmə vərdişinin yox olacağı qətidir.

 

Araşdırmalara görə, sürətli olmayan və texnologiyasını yeniləməyən banklar müştərilərini itirəcəklər.

 

Bankomatlar (ATM) pul çıxartmaq və yerləşdirmək əməliyyatları xaricində istifadə olunmayacaq və filiallarla eyni taleyi bölüşəcəkdir.

 

SMARTFONLAR ƏSAS BANK KANALINA ÇEVRİLİR

 

Ağıllı telefonlar əsas bank kanalı halına gələcək. Ağıllı telefonlar filialdakı bank işçilərindən daha çox məlumat vermək və toplaya bilmək potensialına malikdir. Müştəri getdiyi çox yerə  telefonunu özü ilə aparır və cihaz vasitəsilə ətraflı məlumat ala, pul köçürə və digər bank əməliyyatlarını həyata keçirə bilir.

 

Artıq bir neçə ildir Avropa və ABŞ-ın ən iri bankları filiallarını bağlayaraq onlayn bankçılığa keçirlər. Ötən il Bank of America, Citigroup və JPMorgan 389 filialını bağlanıb. Buna səbəb aktiv bank istifadəçilərinin 90%-ə yaxınının bank xidmətlərindən kompyuter və telefonu vasitəsilə istifadə etmələridir.

 

İŞÇİLƏRƏ EHTİYAC AZALIR

 

Banklar təkcə filiallarını deyil, həm də işçilərinin sayını azaldırlar. Məsələn, hələ ötən ilin iyun ayında Bank of America bildirib ki, istehlakçıların dəyişən tələbatının ödənilməsi üçün mobil bankçılığa daha çox üstünlük veriləcək, gəlir gətirməyən filiallar bağlanacaq və  8 mindən çox işçi ixtisar olunacaqdır.  İxtisarlar  Bank of America-nın ağır vəziyyətdə olmasını deyil, müştərilərin davranışındakı dəyişiklik əks etdirir.

 

AZƏRBAYCANDA DA BANKLAR AKTİV ONLAYN BANKÇILIĞA KEÇİRLƏR

 

Azərbaycanda da bank filiallarına təlabatın azaldığı müşahidə olunur. Banklar dəyişən müştəri vərdişlərinə cavab vermək üçün filiallarını bağlayaraq, aktiv şəkildə onlayn bankçılığa keçməyə başlayıblar.

 

AccesBank,Unibank, Kapital Bank, PAŞA Bank,  Bank of Baku, Bank Respublika, Dəmir Bank, Azərbaycan Beynəlxalq Bankı, Expressbank, Azər-Türk Bank, Nikoil Bank, Yapı Kredi Bank Azərbaycan, TuranBank internet və mobil bankinqə daha çox önəm verən banklardır.

 

Məsələn, 100% xarici kapitallı bank olan “AccessBank” QSC informasiya texnologiyalarına (İT) daha çox fokuslanan banklardan biridir. Son iki ildə bankın elan etdiyi vakansiyaların əksəriyyəti proqramçı, data analitik  və  biznes analitiklərin işə cəlb edilməsilə bağlı olub.  Bankın İT departamentinə güclü kadrlar işə qəbul etməsi  yeni onlayn xidmətlərin istifadəyə verilməsilə nəticələnir. Ötən il “AccessBank” Azərbaycanda ən müasir internet bank xidmətlərindən biri olan “myAccess” xidmətini istifadəyə verib. Bir neçə gün öncə isə “AccessBank” yeni “myAccess” mobil bankinq tətbiqini müştərilərin istifadəsinə verib. Android və İOS platformaları üçün hazırlanmış  “myAccess” tətbiqi müştərilərə bank əməliyyatlarını olduqca asan və rahat şəkildə həyata keçirməyə imkan yaradır.

 

Yeri düşümüşkən, “AccessBank”ın maliyyə vəziyyəti də güclənir. Mart ayında Bankın nizamnamə kapitalı  119.85 milyon manata artırılıb. Həmçinin Avropa İnvestisiya Bankı (AİB) AccessBank-a yüksək inam və etimad nümayiş etdirərək 20 milyon Avro məbləğində ikinci krediti ayırıb.   

 

Unibank mobil əlavəsinin imkanları davamlı olaraq artırır. Bir neçə gün öncə “Unibank Mobile”ın planşet versiyası istifadəyə verilib. Ölkə banklarının mobil əlavələrinin istifadəçi sayının müqayisəsi göstərir ki, ən çox yüklənən mobil əlavə “Unibank Mobile”dır. “Unibank Mobile” banka gəlmədən, istənilən vaxt və istənilən yerdə bank xidmətlərindən istifadəyə imkan verir.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank da mobil şöbəsini günbəgün təkmilləşdirir. Bank tam yenilənmiş İnternet və Mobil Bank xidmətlərilə hesablar, kartlar, kredit və depozitləri idarə etməyi daha da asanlaşdırıb. Barmaq izi ilə daxil olmaq imkanına malik olan Kapital Bankın mobil tətbiqi bank xidmətlərindən əlavə, kommunal və mobil xidmətlər üzrə borclarınızı ödəmək üçün funksiyalara malikdir.

 

Bank of Baku da elektron bankçılığın inkişafı sahəsində fəaliyyətini genişləndirərək, müştərilərin filiala gəlmədən xidmətlərdən 24/7 rejimində istədikləri an faydalana bilməsi üçün çalışır. 2017-ci ildən etibarən, Bank of Baku fəaliyyətini daha çox rəqəmsal platforma üzərindən həyata keçirməyi nəzərdə tutub. Bu da öz növbəsində, korporativ müştərilərə əməliyyatlarının 60%-dən çox hissəsini banka gəlmədən internet və mobil bankinq vasitəsilə həyata keçirmək imkanı yaradacaq.

 

PAŞA Bank da Android (Play Market) və iOS (App Store) əməliyyat sistemlərində olan telefon və planşet istifadəçiləri üçün yeni Mobil Bank Əlavəsini təqdim edib. Bu mobil bank əlavəsi banka gəlmədən öz şəxsi profilinizdən bank əməliyyatlarını həyata keçirmək fürsəti yaradır.

 

Yapı Kredi Bank Azərbaycan” da İnternet  və  mobil bankçılığa xüsusi yer verir və bu  xidmətlərini yeniləyir. Bu yaxınlarda İnternet bankçılıq məhsuluna müştərilərin istəklərini və tələblərini nəzərə alaraq yeni xidmətlər əlavə edilmişdir. Yeni xidmətlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən hazırlanmış və müştərilərin banka gəlmə zamanını azaltmaq üçün nəzərdə tutulmuşdur.    

 

Müştərilərə daha operativ və əlverişli xidmət növlərinin göstərilməsi məqsədilə Bank Respublika da elektron bankçılıq sahəsində yeni layihələr üzərində çalışır. Bank ötən ilin sonuna yaxın xarici görünüşü və funksionalı tamamilə yenilənmiş “Mobil Şöbə” mobil əlavəsini təqdim etmişdir. Bu yenilik müştərilər tərəfindən rəğbətlə qarşılanmış Bankın “İnternet Şöbəsi” xidmətinin davamıdır.

 

Daima yenilikləri tətbiq edən “Expressbank” öz müştərilərinin işini rahatlaşdırmaq üçün elektron “Şəxsi kabinet”  yaradıb. Bankın   saytından “Şəxsi kabinet”  bölməsinə daxil olaraq əsas bank xidmətlərindən istifadə etmək mümkündür.

 

Azər-Türk Bank müasir və təhlükəsiz “E-bank” internet bankçılıq xidməti təqdim edir. Bu xidmət vasitəsilə Azər-Türk Bank korporativ və fərdi sahibkar olan müştərilərinə hesab əməliyyatlarını sürətli və daha təhlükəsiz şəkildə həyata keçirmək imkanını yaradır. Belə ki, “E-Bank” vaxta qənaət etməyə, bank əməliyyatlarını sutkanın istənilən vaxtında, dünyanın istənilən nöqtəsindən, İnternetə qoşulmuş istənilən kompüterdən təhlükəsiz və sadə şəkildə yerinə yetirməyə kömək edir.

 

Dəmirbank” ASC-nin İdarə Heyətinin Sədri Fərid Abuşov mətbuata müsahibəsində bildirib ki, Bank qısa müddətdə yeni innovativ internet və mobil bankçılıq xidmətlərini müştərilərinin istifadəsinə verəcək. Onun sözlərinə görə, mobil və internet bank vasitəsilə əməliyyatların aparılması və qeyri-nağd əməliyyatları təşviq etmək üçün müştərilərə  “DəmirClick” xidmətindən istifadə edərək bank əməliyyatlarının aparılmasını tarif və qiymət qoyma baxımından daha sərfəli olacaqdır.  

 

Banklar yaxşı anlayır ki, biznes-modelini yeni müştəri vərdişlərinə uyğun dəyişən banklar gələcəkdə daha üstün mövqedə olacaqlar.

06.04.2017 08:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ