Belarus Azərbaycana neft alışı üçün müraciət edib

Belarus Azərbaycan, Ukrayna, Qazaxıstan, Polşa və Baltikyanı ölkələrə neft alışı üçün təklif göndərib.

 

Bu barədə baş nazirin birinci müavini Dmitri Krutoy ölkə prezidenti ilə görüşdən sonra bildirib.

 

“Hökumət alternativ neft tədarükü üçün sxem hazırlamağa davam edir, bütün mümkün variantları öyrənir. Biz müvafiq kommersiya təkliflərini göndərmişik. Zavodlarımızın bütün kommersiya xidmətləri, Belarus Neft Şirkəti demək olar ki, hər gün danışıqlar aparır. Düşünürəm ki, burada da tezliklə konkret neft tədarükü üçün alternativ variantlar tapacağıq”.

 

Onun sözlərinə görə, Azərbaycan, Ukrayna, Polşa, Qazaxıstan və Baltikyanı ölkələrə təkliflər göndərilib: “Biz indi bu məsələ ilə məşğuluq”,- o əlavə edib.

 

D. Krutoy həmçinin bildirib ki, Belarus Rusiya şirkətlərinə əvvəlki həcmdə neft üçün əlavə ödəniş etməyi iqtisadi cəhətdən səmərəli hesab etmir.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© Report

14 Yanvar 2020 , 16:26   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin