Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Xəzinə 15 milyon manat borc aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xəzinə 15 milyon manat borc aldı

14 yanvar 2020-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin  15 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

 

Bakı Fond Birjasının yaydığı məlumata görə, hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 99.0817  AZN (7.0000%) və 101.3039  AZN (5.8001%) olan 25 sifariş təqdim edilmişdir.

 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.9666 (5.9800%) orta ölçülmüş qiyməti 101.0381 (5.9418%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 88 milyon 415 min 500 manat, yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edilmişdir.

 

İstiqrazların ödəmə tarixi  11.01.2022-ci il.

 

Hərrac iştirakçıları 15 yanvar 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

14.01.2020 13:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ