Buğdada xaricdən asılılığımız daha da artıb - 340 MİLYON DOLLAR ÖLKƏDƏN ÇIXDI

2019-cu il ərzində Azərbaycana xarici ölkələrdən 340 milyon 533 min dollar dəyərində 1 milyon 584 min 998 ton buğda idxal olunub.

 

“Marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə buğda idxalı dəyər ifadəsində 134 milyon 566 min dollar, miqdar ifadəsində isə 504 min 93 ton artıb.

 

Qeyd edək ki, 2018-ci ildə Azərbaycana 205 milyon 967 min dollar dəyərində 1 milyon 80 min 905 ton buğda idxal edilmişdi.  

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 3 milyon 385,9 min ton təşkil edib.

14 Yanvar 2020 , 17:36   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin