Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

“Visa”dan 5,3 milyard dollarlıq satınalma

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Visa”dan 5,3 milyard dollarlıq satınalma
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Visa” şirkəti maliyyə məlumatları aqreqatı olan “Plaid”i 5,3 milyard dollara satın aldığını elan edib.

 

“Kommersant” xəbər verir ki, bu startap istifadəçilərə maliyyə hesablarını mobil tətbiqetmələrlə etibarlı şəkildə əlaqələndirməyə imkan verən proqram təminatı hazırlayır.

 

“Plaid” 2013-cü ilin may ayında təsis edilib. Startapın maliyyələşdirilməsinin son mərhələsi 2018-ci ilin sonunda olub. Bu investisiya dövrünə “Index Ventures” və “Kleiner Perkins” vençur fondları rəhbərlik edib, şirkət isə 250 milyon dollar toplaya bilib. Eyni zamanda bu mərhələdə iki ödəniş nəhəngi – “Visa” və “MasterCard” da iştirak edib. “Techcrunch”ın məlumatına görə, bu illər ərzində investorlar “Plaid”ə, təxminən, 350 milyon dollar sərmayə yatırıblar, son investisiya dövründən sonra isə startap 2,65 milyard dollar məbləğində dəyərləndirilir.

 

Bu, “Visa”nın son illərdə ilk maliyyə-texnoloji startap alışı deyil. Şirkət keçən il eyni anda üç belə startap – “Payworks” ödəniş xidmətini, ödənişlərin qorunması ilə məşğul olan “Verifi” şirkətini və tokenlərin ağıllı idarəetmə sisteminin işləyib hazırlayan “Bell ID”ni əldə edib.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© “Report”

14.01.2020 14:54

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ