Qlobal kompüter satışları 2011-dən bəri ilk dəfə artıb

Qlobal kompüter satışlarının 2019-cu ildə 2011-ci ildən bəri ilk dəfə artdığı açıqlanıb.

 

"Marja" xəbər verir ki, "Gartner" araşdırma şirkətinin hesabatına görə, keçən il kompüter satışları 2018-ci illə müqayisədə 0,6% artaraq 261,2 milyon ədədə yüksəlib.

 

Beləliklə, kompüter satışları 2011-ci ildən bəri ilk dəfə artmışdır.

 

Araşdırmaya görə, "Windows 10" yenilənməsi satışları artırıb. Ən çox artım ABŞ, Yaponiya, Avropa, Orta Şərq və Afrika (EMEA) bölgəsində qeydə alınıb.

 

IDC araşdırma şirkətinin hesabatına görə isə, keçən il qlobal miqyasda 62,9 milyon ədəd ilə Çinin Lenova şirkəti (Bazar payı 24,3%) dünyanın ən çox kompüter satan şirkəti olub. 

 

"Hewlett-Packard" 62,9 milyon ədəd ilə (bazar payı 23,6%) 2-ci, "Dell" 46,5 milyon ədəd satışla (bazar payı 17,5%) 3-cü, "Apple" 17,9 milyon ədəd satışla (bazar payı 6,6%) 4-cü və Tayvanın "Acer" şirkəti 17 milyon ədəd satışla 5-ci yeri tutub.

15 Yanvar 2020 , 08:01   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin