Dünyanın ən kiçik telefonu təqdim edildi - QİYMƏTİ, FOTOLAR
Dünyanın ən kiçik telefonu artıq "Zanco Tiny T2"dir. Bir USB flaş kart böyüklüyündəki cihaz indiyədək ən kiçik telefon hesab edilən "Palm"ı "taxtından" salıb.
Dünyanın ən kiçik telefonu adını "Palm"ın əlindən alan "Zanco Tiny T2" təqdim edilib.
"Marja" xəbər verir ki, hələ telefonun kütləvi istehsalaına başlanmayıb. İstifadəçilərin layihələrinə maliyyə cəlb etmələrinə vasitəçilik edən "Kickstarter" adlı platforma üzərindən sifarişlərin qəbuluna başlanıb.
"Zanco Tiny T2" telefonu 3G, radio, qulaqlıq girişi, Bluetooth və 0,3 MP-lik bir kameraya malikdir.
Bir dəfə enerji yığmaqla 7 günə qədər istifadə imkanı təqdim edən cihaz, 6,96 sm uzunluğa, 2,99 sm enə və 31 qram ağırlığa malikdir.
"Zanco Tiny T2" əvvəldən yüklənmiş bir neçə oyuna və 32 GB-ə qədər microSD kart dəstəyinə sahibdir.
Cihazın satış qiymətinin 79 dollar olacağı açıqlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 d. əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
16 d. əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 31 d. əvvəl
-
45 d. əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 54 d. əvvəl
- 55 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 1 saat əvvəl
- 1 saat əvvəl