Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"İri market şəbəkələri iş adamlarından böyük məbləğlər tələb edirlər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İri market şəbəkələri iş adamlarından böyük məbləğlər tələb edirlər"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycandakı iri market şəbəkələri burada satışa çıxarılan istənilən məhsulun sistemə daxil edilməsi üçün iş adamlarından böyük məbləğlər tələb edirlər".

 

Bunu "Mister B" bal istehsalçısı şirkətinin rəhbəri Cavid Kərimov bildirib.

 

Onun sözlərinə görə, məhsulun yalnız market sistemindəki satışda olan malların siyahısına daxil edilməsi - yəni barkod  alınması üçün böyük məbləğlər tələb edilir: "Barkod üçün ödənişin sistemdə məhsulu tanıtmaq üçün istənilir. Məhsulun yerləşdiyi rəflər üçün icarə haqqı isə ayrıca hesablanır".

 

İş adamı bildirib ki, müxtəlif marketlərin bu xidmətə görə tələb etdiyi məbləğ fərqlidir. Ən böyük məbləği "Bravo" market tələb edir: "Qaydalara görə, hər barkoda görə, 500 manat ödənməlidir və bu qiymətə ƏDV daxil deyil".

 

İş adamı bildirib ki, söhbət təkcə bir məhsuldan getmir: "Bir marketdə təmsil olunmaq üçün minimum 10-15 məhsul çıxarmaq lazımdır. Bunların hər biri üçün də barkod almaq lazımdır". Başqa sözlə, 10 adda məhsulun marketdə təkcə satışa çıxarılması üçün bir neçə min manat tələb olunur.

 

İş adamı qeyd edib ki, "barkod" haqqı "Bazar Store"də 200-300 manat arasında dəyişir, "Araz" marketdə isə vaxtilə 100-150 manat olub: "İndi onlar da qiymətləri qaldırıblar. Hazırda "Araz" marketdə də barkod qiyməti demək olar "Bravo" ilə eynidir". 

 

İş adamının sözlərinə görə, bu tələblər zamanı mal satıcısının böyük və ya kiçik olmasına, yerli və xarici istehsalçı olmasına fərq qoyulmur. Nəticədə xüsusilə yerli kiçik istehsalçılar əlavə xərcə düşürlər. Nəticədə bu xərclər satılan məhsulun üzərinə əlavə edilir və yerli məhsullar xaricdəki daha ucuz analoqlarına uduzurlar.

 

Adı çəkilən şəbəkələrin iddia ilə bağlı mövqeyini dərc etməyə hazırıq.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© Fed

15.01.2020 08:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ