Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Mərkəzi Bank depozit hərracının nəticəsini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank depozit hərracının nəticəsini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

15.01.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 28 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 757 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76% təşkil etmişdir.

 

"Marja" Mərkəzi Banka istinadən xəbər verir ki, hərrac vasitəsilə 150 milyon manat cəlb edilib. Beləliklə, hərracda tələb təklifi 5 dəfə üstələyib.

 

Xəbər verdiyimiz kimi, 13.01.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 883,95 milyon manat təşkil etmişdi. Hərrac vasitəsilə 150 milyon manat cəlb edilmişdir.

 

08.01.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 28 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 678,9 milyon manat təşkil etmişdi. Hərrac vasitəsilə 150 milyon manat cəlb edilmişdir.


07.01.2020-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 909,1 milyon manat təşkil etmişdi. Hərrac vasitəsilə 150 milyon manat cəlb edilmişdir.


30.12.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 711,2 milyon manat təşkil etmişdi. Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb etmişdi.

15.01.2020 09:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ