“PAŞA Həyat”ın dəstəyi ilə Sumqayıt məktəbliləri üçün sosial layihəyə start verilib

"PAŞA Həyat Sığorta" şirkətinin dəstəyi ilə Sumqayıt məktəbliləri üçün "Futbol və Sağlam Həyat" adlı layihəyə start verilib.

 

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən  "MArja"ya verilən məlumata görə, Sumqayıt şəhər 18 saylı orta məktəbdə keçirilən açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, “Azərikimya” İstehsalat Birliyi və digər müəssisə və təşkilatların nümayəndələri iştirak edib.

 

Bildirilib ki, layihənin əsas məqsədi gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, məktəblilərin əla təhsil almalarına stimul yaratmaq, futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gənclərimizi sağlama həyata yönləndirməkdir.

 

Layihəyə Sumqayıt şəhərində və onun ətraflarında yerləşən 48 məktəbdən 500-dən çox şagird qatılacaq. Seminar tipli layihədə hər təhsil ocağından 10-12 yaş arası əlaçı şagirdlər iştirak edəcək.

 

Qeyd edək ki, “PAŞA Həyat Sığorta şirkəti "Futbol və Sağlam Həyat" layihəsinə 2014-cü ildən dəstək göstərir. Layihə “Sumqayıt” Futbol Klubunun təşkilatçılığı ilə həyata keçirilir. İndiyədək bu müddət ərzində 2000-dən çox məktəbli sözügedən layihənin iştirakçısı olub.

 

Xatırladaq ki, “PAŞA Həyat Sığorta” şirkəti 2011-ci ildən fəaliyyət göstərir. Şirkət korporativ sosial məsuliyyətini dərindən dərk edərək cəmiyyət üçün mühüm əhəmiyyətə malik olan sosial layihələrin icrasına daim dəstək göstərir.

 

 

6 Aprel 2017 , 11:13   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin