Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Karat Holdinq” unun qiymətini aşağı salıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Karat Holdinq” unun qiymətini aşağı salıb

Azərbaycanda ən iri un istehsalçısı olan “Karat Holdinq” MMC “Karmen” və “Yeganə” unlarının qiymətini aşağı salıb.

 

Reklam_3_11

Şirkətdən verilən məlumata görə, son dövrlərdə manatın möhkəmlənməsi və maliyyə bazarlarında yaranmış sabitlik nəticəsində istehsal olunan unun maya dəyərində enmə olub. Bununla əlaqədar 50 kiloqramlıq 1 kisə əla növ unun topdansatış qiyməti mart ayının əvvəli ilə müqayisədə 0,7-1 manat ucuzlaşıb.

 

“Karat Holdinq” MMC olaraq, uzun illərdir ki, un istehsalı ilə məşğul oluruq. Fəaliyyətimizdə istehlakçı məmnunluğunu daim əsas tutaraq keyfiyyətli və sərfəli qiymətlərlə un satışını həyata keçiririk. Son illərdə dünya iqtisadiyyatında baş verən dəyişikliklər, eləcə də manatın ucuzlaşması və üzən məzənnə rejiminə keçilməsi istehsalı əsasən idxal buğdasına əsaslanan unun maya dəyərinə və satış qiymətinə də təsir göstərib. Lakin dövlət başçısının tapşırığına uyğun olaraq, 2016-cı ilin əvvəlindən buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi unun satış qiymətində baş verə biləcək kəskin qiymət artımının qarşısını alıb”, - deyə məlumatda vurğulanıb.

 

Məlumatda o da qeyd olunub ki, müəssisə bundan sonra da istehsal etdiyi məhsulların keyfiyyəti və qiymətinin istehlakçıların maraqları ilə uzlaşdırılmasını daim diqqətdə saxlayacaq.

 

© APA

06.04.2017 09:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ