Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dövriyyəsini gizlədən alkoqollu içki istehsalçıları küncə sıxışdırılır – BƏYAN EDİRLƏR, 40% ARTIM

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövriyyəsini gizlədən alkoqollu içki istehsalçıları küncə sıxışdırılır –  BƏYAN EDİRLƏR, 40% ARTIM
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vergilər Nazirliyinin nəzarət üsullarının təkmilləşdirilməsi nəticəsində məlumatların hesabatlara düzgün daxil edilməsinə başlanılması ilə ötən il Azərbaycanda alkoqollu içkilər istehsalçıları üzrə dövriyyə 40%-ə yaxın artıb.

 

“Marja” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

 

“2019-cu ildə alkoqollu içkilər istehsalçıları üzrə dövriyyə 40%-ə yaxın artıb. Həmin dövrdə aksiz ödənişlərin həcmi 1,9 dəfə artmışdır. Halbuki bu dövrdə aksiz qaldırılmayıb. Əgər 2018-ci ildə hesabatlılıq düzgün olsaydı, o zaman biz dövriyyənin artım tempi ilə aksiz vergisi ödənişlərinin artım tempini yaxın görməli idik. Çünki bir il ərzində insanların alkoqollu işkilər istehlakında kəskin dəyişiklik olmayıb. Bu rəqəmlər onu göstərir ki, bir sıra istehsalçılar həm öz istehsallarının həcmini, həm də mal nomenklaturalarını yalnış şəkildə hesabata daxil edirdilər. Bu da təbii olaraq vergidən yayınma demək idi.

 

Ötən il tütün məhsullarının istehsalçıları üzrə dövriyyə 15 dəfə, aksiz vergisi ödənişi isə 9 dəfə artıb. Düzdür, 2019-cu ildə aksiz vergisində də dəyişikliklər olub”,- Nazir bildirib.

16.01.2020 11:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ