İKT Fondu yeni qrant müsabiqəsi elan edir
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Nəqliyyat, Rabitə yə Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, iclasda növbəti qrant müsabiqəsinin elan edilməsi və digər müvafiq məsələlər müzakirə edilib, iclasın gündəliyinə daxil olan istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb və qərarlar qəbul edilib.
Fondun Müşahidə Şurasının sədri, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə yeni qrant müsabiqəsinə innovativ və maraqlı layihələrin təqdim ediləcəyinə ümidvar olduğunu bildirib.
İclasda növbəti qrant müsabiqəsinin beş istiqamət üzrə - mütərəqqi proqram təminatının hazırlanması; innovativ İKT məhsulları nümunələrinin hazırlanması; innovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması; müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması; İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı üzrə aparılması nəzərdə tutulur.
İclasda yeni qrant müsabiqəsinin 10 aprel tarixdən elan edilməsi və layihələrin qəbul müddətinin iki ay müəyyənləşdirilməsi qərara alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
14 d. əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 21 d. əvvəl
-
33 d. əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
35 d. əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 37 d. əvvəl
- 38 d. əvvəl
-
43 d. əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
-
2 saat əvvəl
2024-cü ilin 1-ci rübü üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb