Rusiyanın yeni Baş Naziri kimdir?
Xəbər verdiyimiz kimi, Rusiya Dövlət Duması Mixail Mişustinin Baş Nazir vəzifəsinə namizədliyini təsdiqləyib.
8 il hökumətə rəhbərlik etmiş Dmitri Medvedevi bu postda əvəzləyən Mişustinin kimliyi KİV və sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.
Yeni Baş Nazirlə bağlı bəzi məlumatları təqdim edirik:
Mixail Vladimiroviç Mişustin 1966-cı ilin martında Mosvada dünyaya gəlib. Moskva Dövlət Texniki Universitetində kompüter dəstəkli dizayn sistemləri ixtisası üzrə ixtisas alıb.
Baş Nazir vəzifəsinə qədər, 2010-cu ildən Federal Vergi Xidmətinin(FTS) rəhbəri vəzifəsini icra edib.
2008-2010-cu illərdə biznesə qoşulub, xüsusilə də Rusiyanın ən böyük özəl kapital fondları olan UFG şirkətlər qrupuna rəhbərlik edib. Həyat yoldaşı fondun strukturlarından birində çalışıb.
2015-ci ildə Rusiyanın “Forbes” nəşri Mişustini “Güc və Pul. Dövlət qulluqçularının gəlir dərəcəsi 2015” reytinqinə daxil edib. O, siyahıda 54-cü yeri tutub. Ailəsinin ümumi gəliri 183,31 milyon rubl, məmurun gəliri 23 milyon rubl təşkil edib. O zamanlar Mişustin 6 daşınmaz əmlaka sahib olub. 2019-cu ildə o, “Forbes”in sözügedən reytinqinə daxil ola bilməyib.
Mişustinin xanımı Vladlena Mişustina “Forbes” jurnalına görə Rusiyadakı 10 ən varlı dövlət məmurunun xanımlarından biri olub. O, 2016-cı ildə 160 milyon rubl gəliri ilə 9-cu yeri tutub.
Bu məqamda bildirək ki, yeni hökumət başçısının xanımının indiyə qədər mətbuatda fotosu yayılmayıb.
“Vedomosti” nəşri qeyd edir ki, o, pianoda çalır, həmçinin bəstəkarlıq fəaliyyəti ilə də məşğuldur. Belə ki, məşhur rusiyalı müğənni Qriqor Lepsin “Зола” və “Настоящая женщина” mahnılarının müəllifidir.
Mişustinlə xanımının 19, 18 və 10 yaşlarında oğulları var.
Mişustin idmanla məşğuldur və aktiv şəkildə xokkey oynayır. Rusiya Xokkey Federasiyasının İdarə Heyətinin üzvüdür. O, həmçinin Rusiya Federal Vergi Xidmətinin “Sportima” adlanan həvəskar xokkey komandasına rəhbərlik edir.
® Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
22 d. əvvəl
ADAU ilə “Hacıqabul Quşçuluq Şirkəti” MMC arasında memorandum imzalanıb
-
44 d. əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti kəskin azalıb
-
1 saat əvvəl
Azərbaycan Səudiyyə Ərəbistanında beynəlxalq ərzaq sərgisinə qatılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan sentyabrda Türkiyənin üç şəhərinə ixrac missiyası təşkil edəcək
-
14 saat əvvəl
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
- 14 saat əvvəl
-
16 saat əvvəl
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
- 17 saat əvvəl