Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

SOCAR istiqrazı sahiblərinin ümumi qazancı açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR istiqrazı sahiblərinin ümumi qazancı açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vətəndaşlarımız və investorlar üçün alternativ investisiya imkanları təklif edən və qiymətli kağızlar bazarında trendə çevrilmiş SOCAR İstiqrazları 17 yanvar tarixində baş tutan sayca 13-cü, 2020-ci ilin isə 1-ci faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 250 min dollar gəlir qazandırdı. Bununla da istiqraz sahiblərinin ümumi qazancı 16 milyon 250 min dollara yüksəlib.

 

Reklam_3_11

“SOCAR Capital” şirkətindən "Marja"ya verilən məlumata əsasən, nominal qiyməti  1000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri 3 aylıq qrafiklərlə ödənilən SOCAR İstiqrazlarının $1.25 milyonluq rüblük faiz məbləği istiqraz sahiblərinin hesablarına köçürülüb.

 

Təkrar bazar əməliyyatlarının həcminin 185 milyona dollara çatması, bağlanmış əqd sayının  2.000-i ötməsi, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilməsi və REPO əməliyyatlarının 34 milyon dollara yaxınlaşması SOCAR İstiqrazlarına olan yüksək tələbatdan xəbər verir.

 

SOCAR İstiqrazı sahibləri hal–hazırda uyğun şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqraz(lar)ı müvafiq bankda girov qoymaqla, 15–16% faizlə Manat krediti cəlb edə bilərlər. Belə olan halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9–10%-dək enmiş olur.

 

Bütün bu qeyd olunan göstəricilərin ümumi nəticəsidir ki, cari il ərzində yeni istiqrazların buraxılması planlaşdırılır və müvafiq yöndə hazırlıq işləri davam etdirilir.

 

1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2020-ci ilin 17 aprel tarixində baş tutacaq. Əlavə məlumat üçün *19 99 nömrəsi vətəndaşların xidmətindədir.

17.01.2020 08:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ