Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakı dünyanın ən bahalı şəhərləri reytinqinə daxil olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı dünyanın ən bahalı şəhərləri reytinqinə daxil olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Numbeo” statistika resursu dünyanın ən bahalı şəhərlərinin reytinqini dərc edib.

 

“Yaşayış dəyəri indeksi”nə görə dünyanın ən bahalı şəhəri İsveçrənin Sürix şəhəri olub.

 

Ümumiyyətlə, ən bahalı şəhərlər reytinqində TOP-5-i İsveçrə şəhərləri - Bazel, Lozanna, Cenevrə və Bern tutub.

 

Sonrakı sıralarda Norveçin Stavanger, Oslo və Tronheym şəhərləri qərarlaşıb. Dünyanın ən bahalı şəhərlərinin ilk “10-luğ”unu İslandiyanın Reykyavik və Norveçin Bergen şəhərləri tamamlayır.

 

Azərbaycanın paytaxtı Bakı isə reytinqdə 390-cı yeri tutub.

 

Moskva (251-ci yer) Rusiyanın, Tehran (285-ci yer) isə İranın ən bahalı şəhəri kimi reytinqdə yer alıb.

 

Sıralamada həmçinin Türkiyənin bir neçə şəhəri – İstanbul (325 yer), Bursa (360), Ankara (362), İzmir (377) və Antalya (387) da yer alıb.

 

Siyahıda ümumilikdə 440 şəhər var.

 

Qeyd edək ki, “Numbeo”nun “yaşayış dəyəri indeksi” mağazalardakı və restoranlarındakı qiymətlər, nəqliyyat xərcləri, kommunal xidmətlər və yerli əhalinin alıcılıq qabiliyyəti əsasında hesablanır.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© “Report”

17.01.2020 08:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ