Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

11 ayda ixrac edilmiş qeyri-neft məhsullarının dəyəri 1,8 milyard dollara çatmır

iç səhifə xəbər başlığı altı (mobil)_31
11 ayda ixrac edilmiş qeyri-neft məhsullarının dəyəri 1,8 milyard dollara çatmır

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 117 ölkəyə məhsul ixrac olunmuş, 181 ölkədən idxal olunmuşdur.

 

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 30040,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 17 milyard 655,8 milyon dollar, idxalın dəyəri 12 milyard 384,7 milyon dollar təşkil etmiş, nəticədə 5 milyard 271,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.

 

2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,2 faiz artmış, real ifadədə isə 2,2 faiz, o cümlədən idxal 5,6 faiz, ixrac 0,3 faiz azalmışdır.

 

Bu dövr ərzində ölkədən 1 milyard 781,1 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 16,3 faiz, real ifadədə isə 10,3 faiz çoxdur.

 

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 29,6 faizini İtaliyaya, 13,9 faizini Türkiyəyə, 6,6 faizini İsrailə, 5,2 faizini Hindistana, 5,1 faizini Almaniyaya, 4,1 faizini Çinə, 3,8 faizini İspaniyaya, 3,6 faizini Rusiyaya, 3,1 faizini Çexiyaya, hər biri 2,9 faiz olmaqla Fransa və Gürcüstana, 2,6 faizini Birləşmiş Krallığa, 2,0 faizini Xorvatiyaya, 1,9 faizini Portuqaliyaya, 1,8 faizini Ukraynaya, 10,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

 

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,9 faiz), Türkiyəyə (20,4 faiz), İsveçrəyə (9,2 faiz), Gürcüstana (8,5 faiz), Ukraynaya (2,6 faiz), İtaliyaya (2,2 faiz), Çinə (2,0 faiz), Yunanıstana (1,9 faiz), İrana (1,3 faiz), Niderlanda (1,3 faiz),  Qazaxıstana (1,3 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

 

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,7 faizi Rusiya, 12,0 faizi Türkiyə, 9,8 faizi İsveçrə, 9,6 faizi Çin, 5,8 faizi ABŞ, 5,1 faizi Almaniya, 3,5 faizi Ukrayna, 3,4 faizi İran, 3,2 faizi  Kanada, 2,7 faizi İtaliya, 2,4 faizi Avstraliya, 1,8 faizi Fransa, 1,7 faizi Birləşmiş Krallıq, hər biri 1,6 faiz olmaqla Qazaxıstan və Yaponiya, 19,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

 

2019-cu ilin yanvar-noyabr aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 9,9 faiz, şəkər – 49,4 faiz, tütün – 1,6 dəfə, meyvə və tərəvəz şirələri – 31,1 faiz, çay – 6,5 faiz, meyvə və tərəvəz konservləri – 5,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 26,9 faiz, pambıq lifi – 1,6 dəfə, emal olunmamış alüminium – 31,5 faiz, polietilen – 10,9 faiz, pambıq ipliyi – 34,8 faiz, bentonit gili – 16,0 faiz artmış, təzə tərəvəz ixracı isə 7,0 faiz, kartof – 7,2 faiz, bitki yağları – 23,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 20,4 faiz, qara metallardan yarımfabrikatlar – 29,4 faiz, qara metallardan borular – 81,9 faiz azalmışdır.

 

2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2019-cu ilin yanvar-noyabr aylarında buğda idxalı 49,9 faiz, xam şəkər və şəkər – 46,2 faiz, təzə meyvə – 1,1 faiz, bitki yağları – 14,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 16,7 faiz, çay – 7,5 faiz, kartof – 31,2 faiz, quş əti və onun əlavə məhsulları – 7,8 faiz, mal əti – 6,5 faiz, təzə tərəvəz – 25,7 faiz, minik avtomobilləri – 1,8 dəfə, polad prokatı – 26,8 faiz, mineral gübrələr – 20,2 faiz, hesablama maşınları, blok və qurğuları – 43,3 faiz, rezin şinlər – 15,9 faiz, avtobuslar – 2,1 dəfə, mebellər – 4,5 faiz, yük avtomobilləri – 1,7 dəfə, polietilen – 19,2 faiz, məişət kondisionerləri – 54,0 faiz, paltaryuyan maşınlar – 7,2 faiz, qara metallardan künclüklər – 11,5 faiz artmış, siqaret idxalı isə 57,6 faiz, qara metallardan borular – 13,3 faiz, qara metallardan çubuqlar – 18,0 faiz, sement və sement klinkerləri – 16,4 faiz, məişət soyuducuları – 12,9 faiz azalmışdır.

17.01.2020 10:01

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ