Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Azərbaycan manatı dollara qarşı lazımi dərəcədə dəyərləndirilməyib"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycan manatı dollara qarşı lazımi dərəcədə dəyərləndirilməyib"

"The Economist" jurnalının dərc etdiyi "Big Mac" indeksinə görə, Azərbaycan manatı dollara nisbətdə dəyəri lazımi səviyyədə dəyərləndirilməmiş valyutalar siyahısının ilk beşliyində yer alıb. Manat sözügedən reytinqdə beşinci yerdə qərarlaşıb.

 

Reklam_3_11

"The Economist"in verdiyi məlumata görə, Azərbaycanda "Big Mac"ın qiyməti 3,95 manat və ya 2,32 ABŞ dolları təşkil edir ki, bu da ABŞ-dakı qiymətdən (5,67 dollar) 58,9% aşağıdır. Yəni, manat "Big Mac" indeksinə görə, 58,9% ucuzdur və Azərbaycanda dolların məzənnəsi 0,70 manat olmalıdır.

 

Manatdan daha yüksək səviyyədə qiymətləndirilməmiş valyutalar sırasında Cənubi Afrika randı (62%), Rusiya rublu (61,2%), Rumıniya leyi (61%) və Türk lirəsi (61%) də yer alıb.

 

Faktiki səviyyədən daha çox qiymətləndirilmiş valyutalar isə İsveçrə frankı (18,4%) və Norveç kronu olub (5,3%). Onlara ən yaxın lazımi səviyyədə qiymətləndirilməmiş valyuta isə İsveç kronu olub (4%).

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© APA

17.01.2020 12:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ