Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bakı Limanı və “ADY Konteyner” razılaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı Limanı və “ADY Konteyner” razılaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yanvarın 17-də “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) ilə “ADY Konteyner” MMC arasında əməkdaşlığa dair razılıq əldə olunub.

 

QSC-dən  bildirilib ki, razılaşma ölkə ərazisindən keçən multimodal beynəlxalq nəqliyyat marşrutları üzrə hərəkət edən konteyner yükdaşımaları sahəsində tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və birgə koordinasiyası, eyni zamanda, əməliyyat proseslərinin bütün mərhələlərində əməkdaşlığı nəzərdə tutur.

 

Razılaşmanı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun müavini Məftun Abbasov və “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov imzalayıblar.

 

Nəzərdə tutulub ki, Çindən, Uzaq Şərqdən və Orta Asiyadan Avropaya və əks istiqamətdə hərəkət edən yüklərin aşırılması, yük konteynerlərinin təslimat və saxlancının təşkil olunması üçün Bakı limanının konteyner terminalının potensialından istifadə olunacaq.

 

Təchizat zəncirinin idarə olunması prosesinin dəstəklənməsi məqsədilə innovativ rəqəmsal həllərin işlənib hazırlanması və həyata keçirilməsi, Bakı limanının açıq və qapalı anbar ərazilərində həyata keçirilə biləcək əlavə dəyər yaradan xidmət və logistik fəaliyyətlərin dəstəklənməsi istiqamətində birgə fəaliyyət göstərilməsi də sənəddə yer alan məsələlər arasındadır.

17.01.2020 15:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ