Kirayə üçün 208 mənzil 1 şirkətdən alınıb
Xəbər verdiyimiz kimi Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi çərçivəsində elektron müraciətlərin qəbuluna 22 yanvar 2020-ci il tarixində başlanılacaq.
İlkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlar açıqlanıb. Bu məqsədlə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 331 mənzil alınıb.
Mənzillərin;
- 208-i Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 13, 13A, 13B, 15,
- 40-ı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 48, 60, 48A, 50A, 52A, 56A, 56B, 56C, 60A, 60B, 60C,
-58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-i məhəllə 15,
-25-i Sumqayıt şəhəri, Sülh küçəsi 20, 20A ünvanlarında yerləşir.
“Marja”nın araşdırmasına görə, Nizami rayonunda Mehdi Abbasov küçəsi 13, 13A, 13B, 15 ünvanlarında (7 saylı doğum evi, 12 və 32 saylı məktəblərinin yaxınlığı) alınmış mənzillər bir yaşayış kompleksində yerləşir. Bu ünvanlarda “4 Great” yaşayış kompleksi yerləşir. Kompleks 4 blokdan və 16 mərtəbədən ibarətdir. Məlumata görə, bu kompleks “Körpü-Bina-Tikinti” şirkəti tərəfindən tikilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
17 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 18 saat əvvəl
-
18 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
19 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 20 saat əvvəl
-
20 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl