Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Davos Zirvəsi bu gün başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Davos Zirvəsi bu gün başlayır

Bu gün İsveçrənin Davos qəsəbəsində Dünya İqtisadi Forumunun (WEF) ənənəvi zirvəsi başlayacaq.


"Marja" xəbər verir ki, Dünyanın təsirli siyasətçiləri və iş dünyasının qabaqcıl nümayəndələrinin qatılacağı zirvənin ana mövzusu "Uyğun və davamlı bir dünyanın tərəfləri"dir. 

 

Bu il 50-ci dəfə təşkil ediləcək Davos Zirvəsinə 117 ölkədən 3 min iş adamı, siyasətçi, alim və qeyri-hökumət təşkilatının nümayəndəsi qatılacaq.

 

Zirvə, qlobal gündəmdə önə çıxan, gəlir bərabərsizliyi, siyasi qütbləşmə, ətraf mühit və iqlim böhranı, qlobal iqtisadiyyatın vəziyyəti, davamlı inkişaf, texnologiya, ticarət və 4-cü sənaye inqilabı kimi müxtəlif başlıqlara fokuslanacaq.

 

Davosda 400-ə yaxın açıq və bağlı iclas keçiriləcək. 

 

Davosda 50-dən çox ölkə prezident və baş nazir səviyyəsində təmsil ediləcək.

21.01.2020 04:06

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ