Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

SOCAR Rusiyadan daha çox qaz alacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR Rusiyadan daha çox qaz alacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Rusiyanın bəzi KİV-lərində "SOCAR Polymer" şirkətinin baş direktoru Fərid Cəfərova istinadən SOCAR-ın Rusiyanın "Qazprom" şirkətindən 5 mlrd. kubmetrədək qaz almaqla bağlı danışıqlar apardığı barədə məlumat yayılıb.

 

Məsələ ilə bağlı Fərid Cəfərov “Report”a bildirib ki, yayılan xəbər yanlışdır. 

 

Hazırda Moskvada konfransda olduğunu bildirən Fərid Cəfərov deyib ki, ona sualla yaxınlaşan jurnalistlərə hazırda "Polymer" zavodunun tikintisi ilə məşğul olduğunu, qaz danışıqları barədə məlumatsız olduğunu deyib: “Qaz alqı-satqısı ilə bağlı hər hansı açıqlama verməmişəm”.

 

XXX

SOCAR Rusiyanın "Qazprom" şirkətindən il ərzində idxal olunan qazın həcmini 5 mlrd. kubmetrədək çatdırmaq niyyətindədir.  "Prime" agentliyi xəbər verir ki, bunu "SOCAR Polymer" şirkətinin baş direktoru Fərid Cəfərov bildirib.

 

Onun sözlərinə görə, hələlik şirkətlər arasında bu mövzu ətrafında danışıqlar davam edir. "Müzakirələr davam edir", - deyə o jurnalistlərin müvafiq sualını cavablandırarkən bildirib.

 

Qeyd edək ki, 2016-cı ilin may ayında SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, SOCAR Rusiyadan alınan qazın həcmini 5 mlrd. kubmetrə çatdırmaq niyyətindədir. Onun sözlərinə görə, Rusiya tərəfinə bununla bağlı müvafiq bildiriş göndərilib.

 

2015-ci ilin sentyabr ayından etibarən SOCAR və "Qazprom" illik 2 mlrd. kubmetr həcmində təbii qazın nəqli ilə bağlı razılığa gəliblər.

 

© APA

06.04.2017 12:36

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ