Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın 2 şirkəti strateji tərəfdaş oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın 2 şirkəti strateji tərəfdaş oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Marcom” və “Onevision Business Solutions” strateji tərəfdaş oldular


 

Reklam_3_11

Şirkətlərə biznes plan, biznes strategiyası, biznes konsultasiyası, investisiyaların idarə olunması, qiymətləndirmə xidmətlərini təqdim edən və sahəsində 5 ildən çox təcrübəsi olan “Onevision Business Solutions” şirkəti “Marcom Marketinq və Kommunikasiyalar” şirkəti ilə strateji tərəfdaş oldu.

 

“Onevision Business Solutions” şirkətinin direktoru Cavid Abasovun sözlərinə görə “Marcom” şirkəti ilə tərəfdaşlıq detallarının müzakirəsi 3 ay davam edib:

 

“Biz Marcom şirkətinin fəaliyyətini çoxdan izləyirik. Şirkətin bazar iştirakçılarını maarifləndirməsi və eyni zamanda bazarda tam spektr üzrə xidmətlər təklif etməsi bizim diqqətimizi çəkdi. Biz bu sahədə çalışan bir çox şirkət və agentliklərlə görüşdük. Lakin onların məsələyə baxışı, insan resursları və texniki imkanları bizi qane etmədiyi üçün əməkdaşlığımız baş tutmadı. “Onevision” şirkətinin əsas məqsədi yerli bazar iştirakçılarının biznes imkanlarını genişləndirmək və üzləşdiyi problemlərin aradan qaldırılmasına dəstək göstərməkdir. Bu baxımdan hesab edirəm ki, “Macom” bizim dəstək olduğumuz şirkətlərə doğru marketinq adddımları atmaqda yardımçı olacaq, onların bazardakı mövqelərini möhkəmləndirəcək”. 

 

“Marcom” şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyev “Onevision” şirkəti ilə olan əməkdaşlığı yeni bazar iştirakçılarına dəstək kimi dəyərləndirdiyini açıqladı:

 

“Yeni bazar iştirakçılarının inkişafına marketinq dəstəyi göstərmək bizim şirkət üçün prioritet məsələlərdən biridir. Çox şadam ki, yerli bazarda sahibkarlara öz bizneslərini doğru inkişaf etdirməkdə yardımçı olan bir şirkətlə birlikdə eyni missiyanı paylaşacağıq. “Marcom” şirkəti olaraq daxili resurslarımız hesabına əlimizdən gələn dəstəyi göstərməyə hazırıq.”


Qeyd edək ki, Marcom şirkəti həmçinin bazarda effektiv biznes həlləri təklif edən “Cubics Technology” şirkətinin də strateji tərəfdaşıdır. Şirkət bazarda Cubics CRM, Brandonline, bot.az kimi məhsulları ilə tanınmaqdadır.

21.01.2020 06:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ