Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Daha çox kredit deyil, başqa banklara borc verir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha çox kredit deyil, başqa banklara borc verir

“Azərbaycan Sənaye Bankı” maliyyə resurslarını kreditləşməyə deyil, digər banklarda depozit şəkilində yerləşdirməyə üstünlük verir.


 

Reklam_3_11

Aktivləri 1 milyard manata yaxınlaşsa da “Azərbaycan Sənaye Bankı” ASC real sektorun maliyyələşdirilməsində geniş iştirak etmir. Bankın digər banklarda yerləşdirdiyi depozitlər müştərilərə verdiyi kreditlərdən 1,6 dəfə çoxdur.

 

“Marja” xəbər verir ki, 31 Dekabr 2019-cu il tarixində “Azərbaycan Sənaye Bankı” ASC 985 milyon 151 min manat cəmi aktivlərə malik olub. Cəmi aktivlərin 543 milyon 274 min manatını və ya 55%-ni “Azərbaycan Sənaye Bankı”nın digər banklardakı depozitləri, 331 milyon 402 min manatını və ya 33,6%-ni müştərilərə verilən kreditlər təşkil edib.

 

2018-ci ilin yekunu ilə müqayisədə “Azərbaycan Sənaye Bankı”nın digər banklardakı depozitləri 82 milyon 41 min manat və ya 17,8%, müştərilərə verilən kreditlər isə 45 milyon 453 min manat və ya 15,7% artıb.  2018-ci ilin sonunda “Azərbaycan Sənaye Bankı”nın digər banklardakı depozitləri 461 milyon 233 min manat, kredit portfeli isə 285 milyon 950 min manat təşkil etmişdi.

 

Qeyd edək ki, “Azərbaycan Sənaye Bankı”nın 1 milyard manata yaxın aktivləri olsa da baş ofisi, Bakıdakı "Dərnəgül", "Park Bulvar", "Gözəl ofis"; Sumqayıt və İmişli filialları ilə xidmət göstərir.

 

HƏMÇİNİN OXU:“Azərsun Holdinq”ə daxil olan bank maliyyə vəziyyətini açıqladı

 

21.01.2020 07:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ