Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Finex Kredit”in səhmdarlarından 3 illik qərar

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Finex Kredit”in səhmdarlarından 3 illik qərar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

18 yanvar 2020-ci il tarixində “Finex Kredit” BOKT ASC-nin 2019-cu ilin yekunlarına dair ümumi yığıncağı keçirilib.

 

ASC-dən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, hesabat dövründə Cəmiyyətin bütün göstəriciləri müsbət dinamika nümayiş etdirib. Belə ki, aktivlər 136%, nizamnamə kapitalı 159,4%, kredit portfeli 126%, müştəri sayı 134%, ümumi gəlirlər 153%, mənfəət 190% artıb.

 

2019-cu ilin balans mənfəəti 360 min 75 manat olub.

 

1 yanvar 2020-ci ilə şirkətin məcmu kapitalı 1 milyon 660 min 130 manat təşkil edib. Kapitalın artımı 2020-ci ildə də davam etdiriləcəkdir.

 

Ümumi yığıncaqda digər məsələlərlə yanaşı “Finex Kredit” BOKT ASC-nin 2020-2022-ci illər üçün 3 illik inkişaf strategiyası təsdiq edilib.

 

“Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı 14 iyun 2013-cü ildən Dövlət qeydiyyatından keçmişdir. Azərbaycan maliyyə bazarında korporativ qiymətli kağızlar, orta və kiçik sahibkarlığın və fiziki şəxslərin kreditləşməsi üzrə aktiv fəaliyyət göstərir. “Finex Kredit” BOKT öz fəaliyyətini müasir beynəlxalq maliyyə standartlarına uyğun olaraq şəffaf tərəfdaşlıq prinsipləri əsasında qurmuşdur. Şirkətin rəsmi auditoru RSM-Azərbaycan audit şirkətidir.

21.01.2020 08:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ