Ən yuxarı (mobil)_30

Türkiyədə "Total"ın sahibi dəyişdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyədə "Total"ın sahibi dəyişdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyənin OYAK təşkilatı (Ordu Yardımlaşma Kurumu) və "Demirören Holdinq" ilə müqavilə imzalayıb. "Marja" xəbər verir ki, müqaviləyə görə, OYAK, 2015-ci ildən bu yana "Demirören Holdinq"in tərkibindəki "Total" və "M Oil" yanacaqdoldurma şəbəkələrini idarə edən şirkətləri təxminən 450 milyon dollara satın alıb.

 

OYAK, "Total" üçün təxminən 360 milyon dollar, "M Oil" üçün isə təxminən 90 milyon dollarlıq bir rəqəmi ödəməyi qəbul edib. 

 
Türkiyənin ən böyük pensiya fondlarından biri olan OYAK, maye yanacaq satışı məntəqələrini satın almaq üçün "Demirören Holdinq" ilə bir neçə aydır danışıqlar aparırdı.

 

"Total Oil Türkiyə" və "M Oil" şirkətlərinin təxminən 900 məntəqəsi fəaliyyətdədir. "Demirören", Fransanın Total şirkətinin Türkiyədəki əməliyyatlarını 2015-ci ildə 325 milyon avroya satın almışdı.

 

1961-ci ildə qurulan OYAK, Türkiyənin ən böyük  pensiya fondudur.

21.01.2020 09:01

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ