Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Sənayenin qeyri neft-qaz sektorunda böyük artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sənayenin qeyri neft-qaz sektorunda böyük artım

Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ildə 46,7 milyard manatlıq və ya 2018-ci illə müqayisədə 1,8 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 14,3 faiz artmışdır.

 

Reklam_3_11

Sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda, 25,2 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

 

Mədənçıxarma sektorunda neft hasilatı 3,3 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 27,7 faiz artmışdır.

 

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 82,9 faiz, tütün məmulatlarının istehsalı 80,7 faiz, hazır metal məmulatlarının istehsalı 80,0 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 51,8 faiz, poliqrafiya məhsullarının istehsalı 42,2 faiz, içkilərin istehsalı 41,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 33,2 faiz, mebel istehsalı 29,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 27,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 25,6 faiz, kağız və karton istehsalı 25,5 faiz, geyim istehsalı 22,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 22,0 faiz, əczaçılıq məhsullarının istehsalı 20,6 faiz, qida məhsullarının istehsalı 10,8 faiz, tikinti materiallarının istehsalı 5,0 faiz, elektrik avadanlıqlarının istehsalı 1,1 faiz, maşın və avadanlıqların istehsalı 1,0 faiz artmış, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,9 faiz, neft məhsullarının istehsalı 3,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 9,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 17,4 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 17,7 faiz azalmışdır.

 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,0 faiz artmışdır.

21.01.2020 09:21

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ