Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın dövlət şirkəti qızıl və gümüş istehsalını artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın dövlət şirkəti qızıl və gümüş istehsalını artırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ildə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) hasilat göstəriciləri 55 min unsiya qızıl və 103 min unsiya gümüş olmuşdur. QSC-nin yaydığı məlumata görə, bu göstərici 2018-ci il ilə müqayisədə 9.74 min unsiya (21.3%) qızıl və 25.74 min unsiya (33.2%) gümüş çoxdur.

 

Reklam_3_11

 2019-cu ildə “AzerGold” tərəfindən beynəlxalq bazarda 59.6 min unsiya qızıl və 110.9 min unsiya gümüş satılmışdır. Bu göstərici isə 2018-ci il ilə müqayisədə 14.6 min unsiya (33%) qızıl və 34.6 min unsiya (47%) gümüş çoxdur.

 

 “AzerGold” QSC-nin hasilat və satış göstəricilərində olduğu kimi bütün növ vergi ödənişlərində də artım qeydə alınmışdır. Belə ki, 2019-ci ildə dövlət büdcəsinə ümumilikdə 13 milyon 487 min 739 AZN vəsait ödənilib. Ötən il bu məbləğ 12 milyon 644  min 465 AZN təşkil etmişdir. 2019-cu ildə büdcə ödənişləri ötən illə müqayisədə 843 274 AZN, yəni 6.67% artmışdır.

21.01.2020 09:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ