Ən yuxarı (mobil)_30

"İki filialın ləğvi üçün özümüz Palataya müraciət etmişik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İki filialın ləğvi üçün özümüz Palataya müraciət etmişik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Bank VTB (Azərbaycan) filial şəbəkəsinin optimallaşdırılımasını davam edir

 

Bank VTB (Azərbaycan) filial şəbəkəsinin optimallaşdırılmasını davam edir. Belə ki, bank iki filialı – “Azadlıq” və “Sumqayıt” filiallarının lisenziyalarının ləğvi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib. Bu barədə "Marja"ya ank VTB (Azərbaycan)dan bildirilib.

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 05 aprel 2017-ci il tarixli qərarına əsasən “Bank VTB” (Azərbaycan) ASC-nin “Azadlıq” və “Sumqayıt” filialları və “NİKOYL İKB” ASC-nin “Masallı” filialına verilmiş icazələr ləğv edilib.

 

Bankın məlumatında bildirilir ki, filialların optimallaşdırılması bankın korporativ bizneslə işin gücləndirilməsinə yönəlmiş üçillik yeni strategiyasının tərkib hissəsidir. Yeni strategiya çərçivəsində bank, filial şəbəkəsinin konsolidasiyasını həyata keçirir və əvvəllər bankın müştəri bazasının əsas hissəsini təşkil edən pərakəndə müştəriləri üçün nəzərdə tutulan filiallarını birləşdirir. Optimallaşdırma prosesi başladıqdan sonra bankın korporativ biznesinin nail olduğu müsbət nəticələr bu strategiyanın məqsədəuyğun və effektiv olduğunu göstərir.

 

“Bankın müştəriləri əmin ola bilər ki, filialların bağlanması bankın xidmət səviyyəsinə yalnız müsbət təsir göstərəcək. Müştərilər bankın istənilən filialına müraciət edə bilər - baş ofis yanında Müştəri Xidmətləri İdarəsi, “Əcəmi”, “Sahil”, “Gəncə”, “Neftçilər”, “Elmlər” və “Gənclik” filiallarının işi adi rejimdə davam edir. Bank VTB (Azərbaycan) tərəfindən tətbiq olunan “Vahid Xidmət” sistemi fiziki və hüquqi şəxslərə hesab açdıqları filiala bağlı olmadan bank əməliyyatlarını VTB (Azərbaycan)-ın istənilən filialında həyata keçirməyə imkan verir”.

06.04.2017 12:49

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ