Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bankdan "AtaBank"a dair açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankdan "AtaBank"a dair açıqlama

Ölkə prezidentinin fərmanı ilə Azərbaycan Mərkəzi Bankı (AMB) vahid maliyyə nəzarəti və tənzimləmə qurumuna çevrildikdən sonra "AtaBank" ASC-də ilkin araşdırmalar aparılıb. 

 

Bu barədə Bankdakı əmanətlərin geri götürülməsində problemlərin olub-olmaması ilə bağlı suala AMB-dən bildirilib. 

 

Məlumata görə, araşdırmalar nəticəsində “AtaBank”ın ciddi maliyyə dayanıqlığı və likvidlik problemləri ilə üzləşdiyi məlum olub. Bununla belə, bütün banklarda olduğu kimi "Atabank"da da əhalinin qorunan əmanətləri tam sığortalanıb. Hazırda AMB Bankda yaranmış vəziyyətlə bağlı kompleks təhlillər aparır və onların nəticəsi əsasında müvafiq təkliflər hazırlanacaq. 

 

2019-cu il oktyabrın 1-nə "AtaBank"ın öhdəlikləri 389 milyon 438 min manat (illik müqayisədə 12,4% az), o cümlədən depozit portfeli 286 milyon 268 min manat (6,2% az), balans kapitalı isə 142 milyon 636 min manat (1,3% az) təşkil edib. Bununla belə, Bank ötən ilin yanvar-sentyabr aylarını 22 min manat xalis mənfəətlə (74,4% az) başa vurub. 

 

Xatırladaq ki, “AtaBank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 120,02 milyon manatdır. Bankın səhmlərinin 86%-i daxil olduğu “Synergy Group” MMC-yə, 9,26%-i Əşrəf Kamilova (“Synergy Group”un 99%-lik səhmdarı, “Ata Holdinq” MMC-nin Müşahidə Şurası sədrinin I müavini), 4,74%-i isə Mahir Rəfiyevə məxsusdur.

 

“Bu il bank sektorundan heç bir sürpriz olmamalıdır" 


Yanvarın 13-də  2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Bankın sədri Elman Rüstəmova tapşırıq verərək bildirmişdi:

 

“Bu il bank sektorundan heç bir sürpriz olmamalıdır. Ona görə çox güclü nəzarət olmalıdır, onların fəaliyyətinə, kreditlərin verilməsinə, o cümlədən şübhəli kreditlərin verilməsilə bağlı, mexanizm olmalıdır ki, biz artıq hadisə baş verəndən sonra yox, bəri başdan qabağını ala bilək. Nəzarət elə olmalıdır ki, sürpriz olmasın. Mərkəzi Banka verilmiş yeni səlahiyyətlər bu məsələlərin həllinə köməklik göstərə bilər”.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "Report"

21.01.2020 09:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ