Təcrübəli bankirə “Yelo Bank”da vəzifələr verildi – XİDMƏT MODELİNİN DƏYİŞDİRİLMƏSİNƏ RƏHBƏRLİK EDƏCƏK

“Yelo Bank” peşəkar kadrları özünə cəlb edir


 

Yaşar Kərimov tənzimləyici orqanın müvafiq təsdiqindən sonra, “Yelo Bank “ASC İdarə Heyəti sədrinin müavini və Pərakəndə bankçılıq idarəsinin rəhbəri vəzifələrində fəaliyyətə başlayacaq.

 

Bu barədə “Marja”ya Bankdan bildirilib.

 

Həmçinin, təcrübəli bankir xidmət modelinin dəyişdirilməsi prosesinə də rəhbərlik edəcək.


Yaşar Kərimov bank sahəsində 15 illik təcrübəyə malikdir və uzun müddət digər banklarda pərakəndə bankçılıq, marketinq və biznesin inkişafı, o cümlədən informasiya texnologiyaları sahəsində rəhbər vəzifələr tutub.

 

Bu təyinat bankın inkişafına güclü impuls verəcək və yeni "Brighter Banking" xidmət modelinin inkişafına yardım edəcək. Yeni modelə əsasən, hər bir müştəriyə göstərilən xidmət daha əlçatan, sürətli və parlaq olacaq”,- "Yelo Bank"dan bildirilib.

21 Yanvar 2020 , 17:00   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin