Ən yuxarı (mobil)-2_30

Neftçalada 3000 avtomobil yığılmasına nail olunmadı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftçalada 3000 avtomobil yığılmasına nail olunmadı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu il ərzində Azərbaycanda 2360 ədəd minik avtomobili istehsal edilib (yığılıb). 2018-ci illə müqayisədə minik avtomobili istehsalı 2,4 dəfə artıb.

 

2019-cu ilin Yanvar ayında 89 ədəd, Fevralında 87 ədəd, Martında 107 ədəd, Aprelində 153 ədəd, Mayında 490 ədəd, İyun ayında 186 ədəd, İyul ayında 192 ədəd, Avqust ayında 192 ədəd, Sentyabr ayında 192 ədəd, Oktyabr ayında 192 ədəd, Noyabr ayında da 192 ədəd, Dekabr ayında 288 ədəd minik avtomobili istehsal edilib. 

 

01.01.2020-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 175 ədəd təşkil edib. 01.12.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 422 ədəd təşkil etmişdi.


Xatırladaq ki, 2018-ci ildə Azərbaycanda 969 ədəd minik avtomobili yığılmışdı. 

 

"2019-cu ildə “Khazar” avtomobil zavodunda 3000 avtomobil istehsalı nəzərdə tutulur",- Fevral ayında "Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında demişdi. Rəsmi rəqəmlərə görə, zavod açıqladığı plana əməl edə bilməyib.

 

Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da minik avtomobilləri (NAZLifan) yığır. 

 

TRAKTOR İSTEHSALI TƏNƏZZÜLDƏDİR

 

Həmçinin, 2019-cu ildə ölkəmizdə 905 ədəd traktor istehsal edilib. 2018-ci illə müqayisədə traktor istehsalı 30.5% azalıb. 

 

01.01.2020-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 289 ədəd traktor təşkil edib.

 

2018-ci ildə  ölkəmizdə 1303 ədəd traktor istehsal edilmişdi. 

21.01.2020 15:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ