Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"İranla Azərbaycanı bağlayan dəmir yolu ilə taxıl ixrac edəcəyik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İranla Azərbaycanı bağlayan dəmir yolu ilə taxıl ixrac edəcəyik"

“Biz Azərbaycanla əməkdaşlıqda çox maraqlıyıq. Azərbaycan Çindən sonra Stavropol vilayətinin ən böyük ticarət tərəfdaşıdır”.

 

Reklam_3_11

Bu sözləri  açıqlamasında Bakıda keçirilən XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə qatılan Rusiyanın Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov deyib. O, sərgidə Stavropol vilayətindəki sanatoriyaların təqdim edildiyini bildirib: “Çox istəyirik ki, azərbaycanlılar gəlib orada istirahət etsinlər. Eyni zamanda, bizimlə birlikdə tur operatorları da Azərbaycana gəlib. Biz, eyni zamanda, Stavropol sakinlərinin gəlib Qəbələdə, Naftalanda istirahət etmələrini də istəyirik. Əməkdaşlıq etdiyimiz digər sahə taxıl satışıdır. Azərbaycan dinamik şəkildə inkişaf edir. İranla Azərbaycanı bağlayan dəmir yolu xətti tikilir. Biz öz taxılımızın ixracı və tranziti üçün bu marşrutda çox maraqlıyıq. Ola bilər ki, bu, sonra Hindistana da çıxış xətti ola bilər. Bu barədə danışıqlar aparmışıq. Ümid edirəm ki, razılaşmalarımız həyata keçiriləcək və biz bu xətlə İrana taxıl ixrac edə biləcəyik. Əməkdaşlığımızın digər bir sahəsi də mədəniyyətdir. Dil baryerinin olmaması bizə Azərbaycanda çox kömək edir. Mədəniyyət mübadiləsi bizim üçün çox vacibdir”. 

 

© APA

 

06.04.2017 13:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ