Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Azərbaycan əhalisinin yeni sayı açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan əhalisinin yeni sayı açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən il Azərbaycan  əhalisinin sayı 78 min 737 nəfər və ya 0,8 faiz artaraq 2019-cu il dekabr ayının 1-i vəziyyətinə 10 milyon 60 min 194 nəfərə çatmışdır.

 

 Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər olmuşdur.

 

 

Ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 129183 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,2) qalmışdır. Doğulanların  53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 3102-si əkiz, 102-si üçəm, 8-i isə dördəm doğulanlardır.

 

 

2019-cu ilin yanvar-noyabr aylarında ölkədə 50796 ölüm halı qeydə alınmış və 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşmüşdür.

 

 

Ötən ilin yanvar-noyabr ayları ərzində qeydiyyat şöbələri tərəfindən 58317 nikah və 15635 boşanma halları qeydə alınmış və 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,3-dən 6,4-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artmışdır. 

 

2019-cu ilin 11 ayı ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1861 nəfər gələn, Azərbaycandan isə 1511 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 350 nəfər təşkil etmişdir.

21.01.2020 15:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ