Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Əhalinin gəlirləri 7,4 faiz, qiymətlər isə 2,6% artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əhalinin gəlirləri 7,4 faiz, qiymətlər isə 2,6% artıb

2019-cu ildə əhalinin gəlirləri 7,4 faiz, qiymətlər isə 2,6% artıb. Əhalinin gəlirlərinin xalis artımı 4,8% təşkil edib.


 

Reklam_3_11

Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, 2018-ci illə müqayisədə 2019-cu ildə əhalinin gəlirləri nominal ifadədə 7,4 faiz artaraq 57 milyard manat təşkil etmişdir. Əhalinin hər nəfərinə orta hesabla 5758,6 manatlıq gəlir düşmüşdür. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 52 milyard 500  milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 7,1 faiz çox vəsait qalmışdır.

 

2019-cu ildə istehlak qiymətləri indeksi 2018-ci illə müqayisədə 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 3,8 faiz, qeyri-ərzaq malları üzrə 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 2 faiz artıb.

 

 2019-cu ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 15,4 faiz artaraq 623,1 manat təşkil etmişdir. Əməkhaqqı neft-qaz sektorunda 3059,7 manat, qeyri neft-qaz sektorunda 568,0 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 516,5 manat, özəl müəssisələrdə isə 759,7 manat olmuşdur.

22.01.2020 06:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ