Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Çində yayılmış təhlükəli epidemiya ABŞ-a çatdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çində yayılmış təhlükəli epidemiya ABŞ-a çatdı

Çində yayılmış təhlükəli koronavirus epidemiyası ABŞ-a çatıb.



"Marja" xəbər verir ki, ABŞ mediasında verilən xəbərlərə görə, Çin ziyarətinin ardından xəstələnən bir nəfərin koronavirus daşıdığı müəyyən edilib. 

Reklam_3_11

 

Vəziyyəti ağır olduğu qeyd edilən adamın şəxsiyyəti açıqlanmayıb. 

 

Yeni koronavirusdan qaynaqlanan epidemiyada indiyə qədər 9 nəfər ölüb. 

 

Çin Milli Səhiyyə Komissiyası  koronavirusa yoluxanların sayının 440-a çatdığını açıqlayıb. 

 

Çində "sirrli xəstəlik"

 

Söz mövzusu epidemiya, 2002 və 2003-də yüzlərlə adamın ölümünə gətirib çıxaran şiddətli akut tənəffüs yolu sindromu (SARSIT) epidemiyasını xatırlatdığından ölkədə narahatlığa gətirib çıxarmışdı.

 

Çinli rəsmilər, sirrli xəstəliyə bağlı aparılan ilk araşdırmaların, xəstəliyin SARSIT, Tənəffüs Sindromu (MERS), influenza, quş qripi və adenovirus olmadığını göstərdiyini bildirmişdilər.

 

Honq Konqlu mütəxəssislər, virusun genetik quruluşunun SARSIT ilə  80% üst-üstə düşdüyünü açıqlamışdılar.

 

Honq Konq, Tayvan, Cənubi Koreya, Yaponiya və Taylandda da xəstəlik əlamətləri olan şəxslərin müalicəsinə başlanılıb.

22.01.2020 06:13

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ