Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Dünya üzrə Toyota-lar geri çağırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya üzrə Toyota-lar geri çağırılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Toyota Motor Corp.” şirkəti elektron sistemində nasazlığa görə dünya üzrə 3,4 milyon ədəd avtomobilini geri çağırır. Həmin nasazlığın qəza zamanı təhlükəsizlik yastığının açılmasına problem yarada biləcəyi qeyd edilir.

 

Bu barədə yanvarın 22-də “Toyota Motor Corp.” şirkəti özü məlumat yayıb. Şirkətin bəyanatında qeyd edilir ki, bu nasazlığa görə, ABŞ-da 2,9 milyon ədəd avtomobil geri çağırılır. Bu avtomobillərin sırasında “Corolla” (2011-2019-cu illər), “Matrix” (2011-2013-cü illər), “Avalon” (2012-2018-ci illər) və “Avalon Hybrid” (2013-2018-ci illər) modelləri var.

 

Əlavə olaraq bildirilir ki, avtomobillərdə quraşdırılmış elektron blok qəza zamanı elektrik yayınmadan kifayət qədər müdafiə qabiliyyətinə malik deyil və bu, təhlükəsizlik yastığının işində problemlər yarada bilər.

 

Həmin nasazlığı aradan qaldırmaq üçün şirkət yayınmalara qaşı xüsusi müdafiə sistemi quraşdırmağı planlaşdırır.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© Azərtac 

22.01.2020 06:36

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ