Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Şahzadə bin Salmanın Ceff Bezosun telefonunu "haklatdığı" iddia edilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şahzadə bin Salmanın Ceff Bezosun telefonunu "haklatdığı" iddia edilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın Camal Qaşıqçının öldürülməsindən 5 ay əvvəl, jurnalistin çalışdığı "Washington Post"un sahibinin telefonunu "haklatdığı" iddia edilir. (“haklamaq” - “haker” sözündən götürülüb və özgəsinin məlumatını oğurluqla əldə etmək deməkdir)

 

"Marja" xəbər verir ki, İngilltərənin "The Guardian" qəzetinin özəl xəbərinə görə, Məhəmməd bin Salmanın "WhatsApp" hesabından göndərilən bir video mesajı ilə eyni zamanda alış-veriş saytı "Amazon"un da sahibi olan "Washington Post"un sahibi Jeff Bezosun cib telefonu "haklanıb".

 

Qəzetin hadisəni araşdıran mütəxəssislərə istinadən xəbərində, Bezosun telefonununa Məhəmməd bin Salmanın şəxsi hesabından göndərilən mesajın "çox böyük ehtimalla" zərərli kod ehtiva etdiyinin müəyyən edildiyi qeyd edilib.

 

Qəzet 1 May 2018-də göndərilən mesajın ardından Bezosun hesabından böyük həcmdə məlumatın endirildiyi iddiasına da yer verib.

 

Xəbərdə, "hack" hadisəsindən 5 ay sonra Qaşıqçı cinayətinin işləndiyinə, 9 ay sonra da ABŞ-da dərc olunan bulvar qəzeti "National Enquirer"də Bezosun şəxsi həyatına dair xəbərlərin dərc olunmağa başladığına diqqət çəkilib.

 

Xəbərdə bulvar qəzetinin sahibinin bin Selman arasındakı yaxın əlaqənin olduğu da qeyd edilib.

 

Səudiyyə Şahzadəsinin bu addımla "Washington Post" qəzetinin onu təqid etməsini kəsməyə çalışmış ola biləcəyi ehtimal edilir.

 

Xəbərdə, Məhəmməd bin Salmanın dünyanın ən varlı adamı olaraq göstərilən Bezosu hədəf aldığının ortaya çıxmasının "Wall Streetdən Silikon Vadisinə qədər şok dalğaları yaradacağı" ehtimalına da yer verilib/ş

22.01.2020 09:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ