Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qadınlar üçün biznes sahələri yaradılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qadınlar üçün biznes sahələri yaradılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Füzuli rayonunda məcburi köçkün qadınlar üçün yeni biznes sahələri yaradılıb.

 

Reklam_3_11

Yanvarın 22-də çörək, şirniyyat və inkubator sexləri, gözəllik salonu, damazlıq keçi və qoyunçuluq təsərrüfatlarının istifadəyə verilməsi ilə bağlı Füzuli rayonunda tədbir keçirilib.

 

Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının birgə maliyyələşdirdiyi, “Sosial Tərəqqi” İctimai Birliyi tərəfindən icra edilən və KOBİA-nın dəstək göstərdiyi “Qadınlara gender əsaslı iqtisadi dəstək” layihəsi çərçivəsində icra olunan biznes layihələrin hər biri 5000 avro dəyərində avadanlıqlarla təchiz edilib.

 

Biznes sahələrinin yaradılması üçün əvvəlcə qadın icmalara gender və biznesin inkişafı mövzularında təlimlər keçirilib və 5 Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yaradılıb.

 

Biznes sahələri bu MMC-lər tərəfindən Füzuli rayonunda məcburi köçkünlərin məskunlaşdığı 1, 6 və 9 saylı Qayıdış, Fin və 3 saylı Zobucuq qəsəbələrində yaradılıb.

 

Qeyd edək ki, 2019-2020-ci illəri əhatə edən “Qadınlara gender əsaslı iqtisadi dəstək” layihəsinin icrası məqsədilə qadın icmaların iştirakı ilə MMC-lərin yaradılması, müvafiq biznes layihələrinin seçilməsi üçün KOBİA-nın Qəbələ-Oğuz və Füzuli üzrə KOB dostlarının, BMT İnkişaf Proqramının, “Sosial Tərəqqi” İctimai Birliyinin təmsilçiliyi ilə komissiya formalaşdırılıb. Komissiya tərəfindən məcburi köçkün qadın qrupları tərəfindən təqdim edilmiş 10 biznes layihəsi arasında qiymətləndirmə aparılıb və onlardan 5-i dəstək göstərilməsi üçün seçilib.

22.01.2020 17:42

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ