Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Rusiyadan ucuz idxal Azərbaycanın iri zavodunu vurdu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyadan ucuz idxal Azərbaycanın iri zavodunu vurdu

"Müəssisəmiz son illərdə külli miqdarda zərərlə fəaliyyət göstərir”.

 

Bu sözlər açıqlamasında "Azərsun Holdinq” MMC-dən İmişli Şəkər Zavodunda 500 fəhlənin işdən çıxarılmasına münasibət bildirilərkən deyilib.

 

Holdinq bəyan edir ki, "Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin İmişli rayonunda yerləşən şəkər emalı zavodu ciddi böhran vəziyyəti ilə qarşılaşıb:

 

"Belə ki, 2016-cı ildən etibarən Rusiya Federasiyasından ölkəmizə şəkər tozu idxalının miqyası durmadan artmaqdadır. Üstəlik idxal olunan şəkər tozunun qiyməti dempinq siyasəti ilə formalaşır. İmişli Şəkər Zavodunda maya dəyərinin aşağı salınması, qiymətdə rəqabət qabiliyyətinin artırılması yönündə milyonlarla ABŞ dolları ilə ölçülən investisiya qoyuluşları, həmçinin digər səmərələşdirici səylərin həyata keçirilməsinə baxmayaraq, dempinqli idxal olunan məhsul ilə rəqabət aparılması obyektiv olaraq mümkün deyil. Məhz buna görə də, müəssisəmiz son illərdə külli miqdarda zərərlə fəaliyyət göstərir. Lakin "Azərsun Holdinq” rəhbərliyinin ölkəmizin sosial-iqtisadi inkişafı və regionda məşğulluğun təmin olunmasına verdiyi yüksək əhəmiyyətin nəticəsi olaraq müəssisəmizin fəaliyyəti dayandırılmamışdır. Hər kəsə məlumdur ki, İmişli rayonu başda olmaqla, Mərkəzi Aran bölgəsinin sosial-iqtisadı həyatında və işsizliyin aradan qaldırılmasında müəssisəmizin rolu həlledici dərəcədə mühümdür”.

 

Holdinq 3 ildir İmişli Şəkər Zavodunun zərərlə işlədiyini vurğulayıb:

 

"Yaranmış bu böhran vəziyyətində, holdinqimizin bütün xoş niyyətli səylərinə rəğmən, müəssisəmizin tam gücü ilə ilboyu fəaliyyət göstərməsi çətinləşəcək. Hazırda İmişli Şəkər Zavodunda ixtisar baş vermir. Sadəcə, istehsal müəssisəsinin fəaliyyətini dayandırması ilə bağlı ölkə qanunvericiliyinin tələbinə uyğun olaraq işçilərə ödənişlər edilir. Durum belə davam edərsə, istehsal müəssisəmiz 2020-ci ildən etibarən sadəcə payız mövsümündə məhdud miqdarda şəkər çuğunduru emalını həyata keçirməklə fəaliyyətini xeyli kiçiltməyə məcbur qalacaq. Çox təəssüf, işçi heyətimizin sayına yenidən baxmalı olacağıq. Bildirmək istəyirik ki, artıq 3 ildir İmişli Şəkər Zavodu zərərlə işləyirdi”.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "Qaynarinfo"

22.01.2020 18:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ