Azərbaycanın Neft Fondu portfelində avronun payını azaldacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın Neft Fondu portfelində avronun payını azaldacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fond ABŞ dollarında ifadə olunan aktivlərə daha çox sərmayə yatıracaq.


 

İlk dəfə olaraq Dövlət Neft Fondunun investisiya siyasəti layihəsində valyuta vəsaiti portfelinin valyutalar üzrə tərkibində dəyişikliklər nəzərdə tutulmuşdur.

 

“Marja” xəbər verir ki, bu, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində bildirilir.

 

Belə ki, Fondun valyuta vəsaitinin məcmu dəyərinin 55-70 faizi (cari ildə 50 faiz) ABŞ dollarında ifadə olunan aktivlərə, 15- 30 faizi (cari ildə 35 faiz) avroda olan aktivlərə, 5 faizə qədəri İngiltərə funt sterlinqində (cari ildə eyni) olan aktivlərə, qalan 10 faizə qədəri isə digər valyutalarda (cari ildə eyni) ifadə olunan aktivlərə yerləşdirilməsi nəzərdə tutulmuşdur

 

Avrozonada iqtisadi artım sürəti aşağı olmaqla müşahidə edilir. Bundan əlavə, Avrozona ölkələrində əhəmiyyətli dərəcədə kütləvi borc öhdəliyi olmasının və yaşanan iqtisadi zəifləmənin yaxın dövr üçün yumşaq pul siyasətinin tətbiqinə işarə etməsi, bununla yanaşı, nəzərə alsaq ki son zamanlar avro sabit gəlirli qiymətli kağızlar bazarlarında gəlirlilik əyrisi aşağı düşməkdə davam edir. Bu isə öz növbəsində avro portfeli üçün 2020-ci ildə mənfi gəlirlilik gözləntisinə şərait yaradır.

23.01.2020 11:53

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ