Qəssabxanalar yaradılıb özəl sektora satılacaq
Qida təhlükəsizliyi Agentliyinə tabe olan "Qida təhlükəsizliyi institutu" MMC tərəfindən 40 ədəd standartlara uyğun ət kəsimi məntəqələri yaradılıb özəl sektora təhvil veriləcək
Azərbaycanda dönərxanaların hansı standartlara uyğun olaraq fəaliyyət göstərməsi ilə bağlı sanitariya normativ aktlar qəbul olunacaq.
Bunu Qida təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə deyib.
Onun sözlərinə görə, ümumilikdə ət kəsimi ilə bağlı Agentlik özəl sektora dəfələrlə müraciət ünvanlayıb ki, onlar daha fəal olsunlar və bu sahəyə investisiya yatırsınlar.
"Çünki əsas problem məhz ət kəsimi məntəqələrindən qaynaqlanır. Ət kəsimi məntəqələri standartlara uyğun olsa, kəsim standartlara uyğun olsa, laboratoriyadan keçsə artıq digər sahələrdə bu problem olmayacaq. Ona görə biz qərara gəldik ki, Agentliyin nəzdində fəaliyyət göstərən "Qida təhlükəsizliyi institutu" MMC tərəfindən 40 ədəd standartlara uyğun ət kəsimi məntəqələr yaratsın və özəl sektora təhvil versin. Bu ildən artıq bir neçə müəssisə açılacaq",- deyə R. Rüstəmzadə qeyd edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
16 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 17 saat əvvəl
-
17 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
18 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl