4 azərbaycanlıya Ukraynadakı şirkətdə vəzifə verildi

Bir qədər əvvəl Azərbaycanın “Neqsol Holding”inin nəzarətinə keçmiş Ukraynanın 2-ci ən böyük mobil rabitə operatoru “Vodafone Ukraine” SC-in Müşahidə Şurası yenidən formalaşdırılıb.

 

Bu barədə şirkətin internet səhifəsində məlumat verilib.

 

Məlumata görə, bununla bağlı qərar “Vodafone Ukraine”nin səhmdarlarının dekabrın 4-də keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib. Qərara əsasən, "Neqsol Holding”in menecerləri Şuraya seçilib. Onlar aşağıdakılardır: 

 

Rişad Əliyev  – 2017-ci ildən “Azerconnect” şirkətinin maliyyə direktorunun müavini, əvvəllər “Azerfon”un Mühasibatlıq və xəzinədarlıq direktorunun direktoru

 

İmran Əhmədzadə - 2017-ci ildən “Neqsol Holding”in Baş maliyyə direktoru, “Nobel Oil Services"in Direktorlar Şurasının üzvü

 

Yusif Cabbarov – 2015-ci ildən “Nobel Upstream” Direktorlar Şurasının üzvü, 2018-ci ildən “Neqsol Holding”in baş direktoru

 

Emin Kərimov – 2018-ci ildən “Neqsol Holding”in Baş hüquq direktoru, daha əvvəl “PwC Azerbaijan”da hüquq üzrə baş menecer

 

Meric Tunc – 2018-ci ildən “Neqsol Holding”in insan kapitalı üzrə baş direktor, daha əvvəl “Samsung Elecrtonics”də eyni adlı vəzifədə çalışıb.

 

Neqsol Holding” “Vodafone Ukraine”nin səhmlərinin alınmasını ötən ilin dekabr ayında başa çatdırıb. Sövdələşmənin dəyəri 734 milyon ABŞ dolları təşkil edib. Müxtəlif ölkələrdə və sahələrdə 25 ildən artıq iş təcrübəsinə malik “Neqsol Holding” Böyük Britaniya, ABŞ, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Banqladeş kimi ölkələrin neft-qaz, telekommunikasiya, high-tech, inşaat sektorlarında fəaliyyət göstərir.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© “Report” 

23 Yanvar 2020 , 18:44   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin