Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“AccessBank”da yeni Baş Direktor - TƏYİNAT

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AccessBank”da yeni Baş Direktor - TƏYİNAT
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AccessBank” QSC-nin mikrobiznesin inkişafı üzrə Baş Direktor vəzifəsinə təyinat olduğu bildirilir.

 

Banka yaxın mənbədən əldə edilmiş məlumata görə, 2020-ci ilin yanvar ayından etibarən Səbuhi Suleymanlı​ bu vəzifəyə təyin olunub.

 


Buna qədər bu vəzifəni isə Elşən Pirmaliyev tuturdu.

 

S.Süleymanlı ilə yanaşı “AccessBank”da  Natia Beriada Baş Direktor kimi qalır. O,  AccessBank-da öz fəaliyyətinə 2019-cu ilin aprel ayında baş direktor vəzifəsində başlayıb.

 

Səbuhi Süleymanlı “AccessBank”da iş fəaliyyətinə 2005-ci ilin oktyabr ayında mikrokreditləşmə üzrə mütəxəssis kimi başlayıb. 2007-ci ildən müxtəlif filiallarda baş kredit mütəxəssisi, Kiçik və Orta Biznes Kreditləri departamentinin mütəxəssisi vəzifələrində çalışıb, 2010-cu ildə filial direktoru vəzifəsinədək yüksəlib. 2014-cü ildən 2017-ci ilədək filial rəhbəri olmaqla yanaşı regional menecer, məhkəmə qərarları icrasının müşahidəsi və xüsusi işlər üzrə rəhbər vəzifəsində çalışıb. 2017-ci ildə Maliyyə Restrukturizasiya və Kreditlərin Bərpası departamenti direktorunun müavini, 2018-ci ilin yanvar ayında isə həmin departamentin direktoru təyin olunub. 2019-cu ilin aprel ayından etibarən Maliyyə Restrukturizasiya və Kreditlərin Bərpası üzrə İcraçı Direktoru vəzifəsinə təyin edildi və həmin vəzifədə bütün göyulmuş illik hədəflərə uğurla çatdı.

 

Səbuhi Süleymanlı Milli Aviasiya Akademiyasının “İqtisadiyyat və Hüquq” fakültəsinin inzibati idarəedici ixtisası üzrə bakalavr və magistr dərəcəsini fərqlənmə ilə bitirib.

 

Azərbaycan, rus və ingilis dillərini bilir.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "Banker"

24.01.2020 07:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ