Namizədlər İTV-nin ödənişli efir vaxtından istifadə edir? - ŞİRKƏTDƏN AÇIQLAMA
Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə ödənişli seçkiqabağı təşviqatla bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinə (İTV) müraciətlər daxil olub.
Bu barədə şirkətdən bildirilib.
Məlumata görə, müraciətləri qəbulu bu gün, yəni yanvarın 24-də başa çatacaq.
“Lakin bu günə kimi ödənişli seçkiqabağı təşviqatla bağlı efirə çıxan olmayıb”, - İTV-dən əlavə olunub.
Xatırladaq ki, Milli Məclisə seçkilərdə ödənişli seçkiqabağı təşviqat aparılması üçün İTV-nin efirində deputatlığa qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının bir saniyəsi minimum 22 manat, bir saniyə efir vaxtının maksimum qiyməti isə 65 manatdır.
İctimai radioda isə bir saniyəsi minimum 7 manat, bir saniyə efir vaxtının maksimum qiyməti isə 25 manatdır.
Efir vaxtlarının qiymətləri həftənin günləri və saat fərqlərinə görə dəyişir.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
10 d. əvvəl
"Biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq" - MÜSAHİBƏ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 4 saat əvvəl
- 4 saat əvvəl