Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakıda bayram yarmarkasının açılacağı günlər və ərazilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda bayram yarmarkasının açılacağı günlər və ərazilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramları ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 24-31 dekabrda fasiləsiz olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.

 

Reklam_3_11

Kənd Təsərrüfatı Nazirliyindən "Marja"ya daxil olan məlumata görə, yarmarkalar Bakı şəhəri üzrə Xətai rayonu Məzahir Rüstəmov küçəsi, "Bakı" kinoteatrının yaxınlığı, Nərimanov rayonu Keşlə bazarının ərazisi, Səbail rayonu Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi,1, məktəbin arxası, Suraxanı rayonu Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi,4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin yanı, habelə Binəqədi rayonu Dərnəgül, Koroğlu Rəhimov küçəsi,53, Elit Ticarət Mərkəzinin yaxınlığı və Sumqayıt şəhəri üzrə (2 yerdə) 12-ci mikrorayon və köhnə avtovağzalın yanında təşkil olunacaq.

 

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

19.12.2016 09:50

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ