“Ziraat Bank Azərbaycan”ın əməliyyat mənfəəti azalıb
Ötən il "Ziraat Bank Azərbaycan" ASC-nin əməliyyat mənfəəti 30% azalaraq 4 milyon 918 min manata düşüb. Səbəb Bankın xərclərinin gəlirlərindən daha çox artmasıdır.
“Ziraat Bank Azərbaycan” ASC 2019-cu ili 3 milyon 143 min manat xalis mənfət ilə başa vurub. 2018-ci illə müqayisədə 2019-cu ildə Bankın xalis mənfəəti 2,3 dəfə artıb. “Ziraat Bank Azərbaycan” 2018-ci ili 1 milyon 375 min manat xalis mənfəət ilə bağlamışdı.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci ildə cəmi faiz və qeyri-faiz gəlirləri 19 milyon 137 min manat ikən, 2019-cu ildə 21 milyon 283 min manat təşkil edib (illik müqayisədə 2 milyon 146 min manat və ya 11,2% artıb).
Bankın illik cəmi faiz və qeyri-faiz xərcləri isə 12 milyon 44 min manatdan 16 milyon 364 min manata yüksəlib (cəmi xərclər 4 milyon 320 min manat və ya 36% artıb). Xərclərdəki artımın böyük hissəsi faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlar ilə bağlıdır.
2018-ci illə müqayisədə 2019-cu ildə “Ziraat Bank Azərbaycan”ın əməliyyat mənfəəti 2 milyon 175 min manat azalaraq 4 milyon 918 min manat təşkil edib. Bank 2018-ci ildə 7 milyon 93 min manat əməliyyat mənfəəti əldə etmişdi.
Əməliyyat mənfəətinin azalmasına baxmayaraq xalis mənfəətin artması“Ziraat Bank Azərbaycan”ın aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmasının azalması ilə bağlıdır. Ayırma 5,5 dəfə azalaraq 983 min manata düşüb.
2018-ci ildə 7 milyon 93 min manat əməliyyat mənfəətindən 5 milyon 405 min manat, 2019-cu ildə isə 4 milyon 918 min manat əməliyyat mənfəətindən 983 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
31 Dekabr 2019-cu il tarixində “Ziraat Bank Azərbaycan” ASC 253 milyon 491 min manat cəmi aktivlərə mailk olub. Aktivlərin 145 milyon 434 min manatını müştərilərə verilən kreditlər təşkil edib.
2018-ci ilin sonunda “Ziraat Bank Azərbaycan” ASC 227 milyon 918 min manat cəmi aktivlərə, 105 milyon 488 min manat müştərilərə verilən kreditlərə malik idi. 2018-cu illə müqayisədə 2019-cu ildə Bankın cəmi aktivləri 25 milyon 573 min manat, müştərilərə verilən cəmi kreditlər isə 39 milyon 946 min manat artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 d. əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 13 d. əvvəl
- 14 d. əvvəl
- 16 d. əvvəl
- 20 d. əvvəl
- 25 d. əvvəl
-
27 d. əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 32 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
1-ci rübdə bank sektorunda 311,5 milyon manat xalis mənfəət formalaşıb
- 2 saat əvvəl