Azərbaycandan Gürcüstana gedənlərin sayı 12% artıb

Ötən il Azərbaycandan Gürcüstana gedənlərin sayı 2 milyon 15 min 435 nəfər təşkil edib.

 

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin statistik məlumatında bildirilib.

 

İllik müqayisədə qonşu ölkənin Azərbaycandan qəbul etdiyi ziyarətçilərin sayı 12% artıb.

 

Ötən il Gürcüstana qonşu ölkələrdən ən çox Azərbaycandan yollanan olub.

 

2019-cu ildə Gürcüstan ərazisinə ümumilikdə 9 milyon 24 min 392 nəfər daxil olub ki, bu da illik müqayisədə 8,4% çoxdur. Ziyarətçilərin 4 milyon 392 min 284 nəfəri Gürcüstanda 24 saat və ya daha çox qalıb, 2 milyon 10 min 456 nəfər qonşu ölkəyə tranzit, 2 milyon 621 min 652 nəfər isə digər məqsədlərlə gedib. 

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© “Report” 

24 Yanvar 2020 , 19:05   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin