Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan karbamidinin Türkiyəyə nəqlində bir ilk

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan karbamidinin Türkiyəyə nəqlində bir ilk
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“ADY Konteyner” MMC Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti vasitəsilə Azərbaycan karbamidinin Türkiyəyə növbəti nəqlini həyata keçirib.

 

MMC-dən bildirilib ki, “SOCAR Karbamid” zavodunda istehsal edilən məhsul ilk dəfə olaraq “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 40 futluq konteynerlərlə daşınacaq. Daşımanı “ADY Konteyner” MMC həyata keçirir. Ümumilikdə 1000 ton karbamidin Türkiyədəki alıcıları “SIRKENLI TARIM URUNLERI TIC VE SAN A.S.” və “VOLTRADE Ithalat Ihracat San. Ve TIC. A.S.” şirkətləridir. Bu gün “ADY Konteyner” MMC-nin Sumqayıt terminalından yola salınan 19 konteynerdən ibarət ilk qatar 500 ton məhsulu İskəndərun şəhərinə çatdıracaq. Yaxın günlərdə yola düşəcək 500 ton karbamid yüklənmiş 19 konteynerdən ibarət növbəti qatarın təyinat məntəqəsi isə İzmir şəhəridir.

 

Növbəti aylar ərzində bu marşrutla Türkiyəyə ümumilikdə 4000 ton karbamid məhsulunun çatdırılması planlaşdırılır.

24.01.2020 19:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ